27 Fevral 2024 16:45
“İİV-ə yoluxmanın profilaktika sahələrinin təhlili, əhalinin təlimləndirilməsi üzrə fəaliyyətin ən təsirli üsul olduğunu təsdiq edib. Bu metodika müxtəlif istiqamətlərdən hər bir insanda biliklərin artırılması, davranışın tənzimlənməsi, təsadüfi əlaqələrdən qorunmasına imkan verir”.
Metbuat.az-ın məlumatına görə, bu fikirləri Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin şöbə müdiri Səbuhi Əliyev deyib.
“Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzi risk qrupları ilə yanaşı ümumi əhali arasında da maarifləndirici tədbirlər həyata keçirir. Belə ki, əhalinin sıx toplaşdığı məkanlarda, iri ticarət mərkəzlərində, eyni zamanda paytaxtda və regionlardakı orta və ali təhsil ocaqlarında sisiləsilsilə tədbirlər və kütləvi müayinə aksiyaları təşkil olunur. Bundan əlavə, İİV infeksiyası ilə mübarizədə profilaktik tədbirləri əyani tərzdə baxımlığını gücləndirmək məqsədilə müxtəlif dövlət qurumları ilə sıx əməkdaşlıq qurulub. Bu əməkdaşlıq çərçivəsində ictimai nəqliyyat dayanacaqlarda, mübadilə mərkəzlərində və digər yerlərdə Mərkəz tərəfinən hazırlanan maarifləndirici materiallar (video, şəkil və s.) gün ərzində nümayiş etdirilir”.
Həkim qeyd edib ki, ümumi müalicə müəssisələri şəbəkəsi üçün Mərkəz tərəfindən “İİV-ə yoluxmanın aşkarlanması və profilaktikası üzrə” metodiki vəsaiti tərtib edilib.
“Eyni zamanda, tibb müəssisələrində xəstəxanadaxili infeksiyanın yayılmasının pofilaktikası məqsədilə universal təhlükəsizlik qaydaları işlənilib və çap edilərək gündəlik istifadə üçün tibb müəssisələrində yayımlanıb”.