9 Fevral 2024 15:49
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov özünə yeni müşavir təyin edib.
Metbuat.az Unikal-a istinadən xəbər verir ki, bununla bağlı Vüqar Qurbanov əmr imzalayıb.
Əmrə əsasən, müşavir vəzifəsinə Səkinə Sadıxova təyinat alıb.
Qeyd edək ki, S.Sadıxova Sumqayıt Tibb Mərkəzinin direktoru vəzifəsində çalışıb. O, 2023-cü ilin dekabr ayında işdən çıxarılmışdı.