METBUAT.AZ

İqtisadiyyat

Sənaye zonalarına əlavə 830 milyon manat

16 Fevral 2024 18:00

Azərbaycanda mövcud layihələr üzrə sənaye zonalarına əlavə 830 milyon manat investisiya yatırılması, 7 000-dən çox yeni iş yeri yaradılması nəzərdə tutulur.

Metbuat.az xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyinin tabeliyindəki İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Seymur Adıgözəlov bu gün keçirilən mətbuat konfransında bildirib.

O qeyd edib ki, indiyə qədər sənaye zonalarında 142 sahibkarlıq subyektinə rezidentlik statusu verilib: "Sahibkarlar sənaye zonalarına 6,6 milyard manatdan çox investisiya yatırıb, 10 000-dən artıq daimi iş yeri yaradıb".

Bundan başqa, sədrin sözlərinə görə, indiyə qədər sənaye zonalarında 12,1 milyard manatlıq məhsul istehsal edərək satıb ki, bunun 3,9 milyard manatlıq və yaxud 32,2 %-i ixrac olunub: "O cümlədən, 2023-cü ildə sənaye zonalarının rezidentləri 3,3 milyard manatlıq məhsul satıb ki, bunun da 989 milyon manatlıq hissəsi ixracın payına düşüb. 2022-ci illə müqayisədə satış 12,5 % artıb".

S.Adıgzəlov əlavə edib ki, ötən il sənaye zonalarının qeyri-neft sənayesi məhsulları istehsalında xüsusi çəkisi 18,6 %, ixracında isə 23,6 % təşkil edib: "Sənaye zonalarının məhsulları 65-dən çox ölkəyə (ABŞ, Kanada, Brazilya, Böyük Britaniya, İtaliya, Avstriya,İspaniya, BƏƏ, İsrail, Çin, Hindistan və s.) ixrac edilib.


metbuat.az.