METBUAT.AZ

Gündəm

Sərhəddə yeni qarşıdurmalar olacaq -

13 Fevral 2024 11:03

“Fransa və ABŞ-nin müdaxiləsi bölgədə yeni qarşıdurmalara səbəb olacaq”.

Bunu Metbat.az-a açıqlamasında hərbi ekspert Ramil Məmmədli deyib. O bildirib ki, Azərbaycanın son 4 ildə həyata keçirdiyi siyasət birmənalı olaraq Ermənistanı və onunla müttəfiq olan ölkələri - Fransa, ABŞ və Qərbin bəzi ölkələrini narahat etməyə başlayıb: “Təbii ki, bölgədə gərginliyin yaradılması münaqişənin sülh yolu ilə həllini, sülh müqaviləsinin imzalanmasını gecikdirə bilər və ABŞ-nin əsas məqsədi Cənubi Qafqazda məhz bu problemi yaratmaqdır. Çünki Rusiyanın vasitəçiliyi ilə əldə oluna biləcək sülh, Cənubi Qafqazda Rusiyanın daha da güclənməsinə gətirib çıxaracaq və yaxud Azərbaycanın Rusiya ilə birlikdə güclünməsinə səbəb olacaq.

Ekspertin sözlərinə görə, sülh müqaviləsi Qərbin dairələri üçün də müəyyən problemlər yaradacaq: “Hesab edirəm ki, məhz bu amillər qlobal mənada problemin əsasını təşkil edir və qarşıdan gələn dövrdə də sərhəddə müəyyən gərginliyin yaranacağı şübhəsizdir. Mən qeyd etmişdim ki, bizim Qarabağ işğaldan azad olunandan sonra növbəti ciddi qarşıdurmamız məhz elə Ermənistanın özü ilə olacaq. Çünki İrəvan regional iqtisadi layihələrdən uzaqdadır və yayınmağa çalışır. Səbəb isə sülhün əldə olunması ilə bağlıdır. Təxribatların da əsasında bu dayanır”.

Seyranə Quliyeva / Metbuat.az


metbuat.az.