METBUAT.AZ

Ölkə

"Sevinirəm ki, mən də səsvermə hüququmdan istifadə edirəm" -

7 Fevral 2024 13:30

"Şükürlər olsun ki, bu gün Şuşa, Xocalı, Xankəndi və digər azad olunan ərazilərimizdə də prezident seçkiləri keçirilir.

Metbuat.az-ın məlumatına görə, bunu Xəzər rayon 13 saylı ikinci seçki dairəsinin 39 saylı seçki məntəqəsində səs verən məhkum Abbas Hacıyev deyib.

O bildirib ki, bü gün Səsvermə Azərbaycanın bütün ərazilərində - Xankəndi, Şuşa, Laçın və digər işğaldan azad edilmiş ərazilərində keçirilir:

"Bu çox qürurverici və sevindirici haldır. Səsvermə bizim hüququmuzdur, istifadə etməyimiz üçün hər cür şərait yaradılıb.

Səsvermə üçün hər cür şərait yaradılıb. Sevinirəm ki, mən də səsvermə hüququmdan istifadə edirəm".


metbuat.az.