METBUAT.AZ

Dünya

Şolts NATO Baş katibi vəzifəsinə Rüttenin namizədliyini dəstəkləyir

23 Fevral 2024 03:12

Almaniya Kansleri Olaf Şolts NATO-nun Baş katibi vəzifəsinə Niderlandın baş naziri vəzifəsini müvəqqəti icra edən Mark Rüttenin namizədliyini dəstəkləyir.

Metbuat.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi Almaniya hökumətindəki mənbələrə istinadən məlumat yayıb.

Daha əvvəl “Politico” qəzeti Rüttenin NATO-nun baş katibi postuna namizədliyini alyans üzvlərinin üçdə ikisinin, o cümlədən ABŞ Prezidenti Cozef Baydenin dəstəklədiyini yazmışdı.

Qeyd edək ki, NATO-nun hazırkı Baş katibi Yens Stoltenberq daha əvvəl 2024-cü il oktyabrın 1-dək vəzifəsində qalacağını təsdiqləyib. Bu qərar ötən il iyulun 11-12-də Vilnüsdə keçirilən NATO sammitində təsdiq edilib.


metbuat.az.