28 Fevral 2024 11:18
SSRİ-nin keçmiş baş naziri Nikolay Rıjkov 95 yaşında vəfat edib.
Metbuat.az-ın məlumatına görə, bu barədə Federasiya Şurasının sədri Valentina Matvienko Telegram kanalında məlumat verib. Matvienko Rıjkovun ölümünün səbəblərini açıqlamayıb.
Xatırladaq ki, 2023-cü ilin oktyabrında Rıjkov 2003-cü ildən tutduğu Belqorod vilayətindən Federasiya Şurasının senatoru vəzifəsindən istefa verib.
Rıjkov 1985-ci ildən 1991-ci il yanvarın 14-dək SSRİ Nazirlər Sovetinin sədri olub. 1991-ci ildə Rıjkov RSFSR-in prezident seçkilərində iştirak etsə də, Boris Yeltsinə uduzaraq ikinci yeri tutub .