METBUAT.AZ

Hadisə

“Stadler” qatarında tüstülənmə

26 Fevral 2024 14:43

Bu gün saat 13:45 radələrində Bakı sərnişin stansiyasında “Stadler” qatarı manevr edərkən kontakt şəbəkəsində qısaqapanma baş verib.

Metbuat.az xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-yə (ADY) məlumat yayıb.

Bildirilib ki. nəticədə qatarın damında tüstülənmə müşahidə olunub.

Məlumata görə, qatar heyəti tərəfindən yanğından mühafizə vasitələri ilə hadisənin qarşını operativ olaraq alınıb.

Qeyd edək ki, depoya gedən qatarda sərnişin olmayıb. Hadisə nəticəsində xəsarət alan yoxdur.


metbuat.az.