METBUAT.AZ

Hadisə

Sumqayıtda avtomobil

6 Fevral 2024 09:24

Sumqayıtda maşın vuran piyada xəstəxanada ölüb.

Metbuat.az-ın məlumatına görə, Niyazov Elton İlqar oğlu "Mercedes Atego" markalı avtomaşınla fevralın 5-də Sumqayıt şəhəri, Sülh küçəsi, Gömrük idarəsinin yaxınlığında hərəkətdə olan piyada - Həsənov Rəfael Hümmət oğlunu ehtiyatsızlıqdan vurması nəticəsində, sonuncu aldığı xəsarətlərdən Sumqayıt şəhər TTYX-nin reanimasiya şöbəsində ölmüşdür.

Faktla bağlı araşdırma aparılır.


metbuat.az.