5 Fevral 2024 12:47
1970-ci il təvəllüdlü şəxs (qadın cinsli) 05.04.2024-cü il tarixində saat 08:55 radələrində Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunub.
Sumqayıt Tibb Mərkəzinin İctimaiyyətlə əlaqələr bölməsindən Metbuat.az-a verilən məlumata görə, ona döş qəfəsi, qarının küt travması, qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsi, sifətin sağ yarısının əziyi sıyrılmış yarası, sağtərəfli 3.4.5.6.7.8.9 -cu qabırğaların qapalı yerdəyişən sınığı diaqnozları qoyulub. Hazırda tibb müəssisəsinin Travmatologiya şöbəsində müalicəsi davam etdirilir, vəziyyəti ağırdır.