4 Fevral 2024 18:30
*Şəxsin mina partlayışı nəticəsində xəsarət alması faktı üzrə araşdırma aparılır*
Metbuat.az xəbər verir ki, Baş Prokurorluğun Mətbuat xidmətindən daxil olmuş sorğulara cavab olaraq bildirilir ki, fevralın 4-də saat 17 radələrində əvvəllər təmas xətti olmuş Tərtər rayonunun Qızıloba kənd ərazisində baş vermiş mina partlayışı nəticəsində ərazidə heyvan otaran 2001-ci il təvəllüdlü Tərtər rayonunun Qaradağlı kənd sakini Əliyev Həsənəli Şahin oğlunun xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub.
Hazırda prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilir, digər zəruri istintaq hərəkətləri aparılır.
Faktla bağlı Tərtər rayon prokurorluğunda araşdırma aparılır.
Seyranə Quliyeva / Metbuat.az