METBUAT.AZ

Texnologiya

Tesla şirkəti bu qədər cərimə ödəyəcək

5 Fevral 2024 10:23

Tesla zərərli tullantılara görə 1,5 milyon dollar cərimə ödəyəcək.

Metbuat.az xəbər verir ki, ABŞ-ın Kaliforniya ştadındakı məhkəmə, İlon Maskın baş icraçı direktoru (CEO) olduğu Tesla-nın saxlanması və utilizasiyası ilə bağlı prosedurlara əməl etmədiyi səbəbiylə 1,5 milyon dollar cərimə ödəməsinə qərar verib.

Kaliforniya məhkəməsindən verilən açıqlamada, San Joaquin bölgəsində şirkətə qarşı edilən şikayətin təhlükəli tullantıların atılması, tullantıların saxlanması və idarə edilməsi ilə bağlı qanunların pozulması ilə bağlı olduğu bildirilib.

Kaliforniyada təxminən 57 avtomobil xidmət mərkəzi və 18 günəş enerjisi obyekti olan Tesla, San-Fransisko ştatının Fremont şəhərində elektrik avtomobilləri istehsal edir.

Seyranə Quliyeva / Metbuat.az


metbuat.az.