27 Fevral 2024 11:06
Bakıda ticarət mərkəzində qızıl üzük oğurlanıb.
Metbuat.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Nizami Rayon Polis İdarəsi 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə fevralın 16-da rayon ərazisində yerləşən ticarət mərkəzində piştaxtaların birindən 1430 manat dəyərində qızıl üzük oğurlamaqda şübhəli bilinən qadın müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.