METBUAT.AZ

Siyasət

Türkiyə XİN-dən Xocalı faciəsi ilə bağlı

26 Fevral 2024 09:26

Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Xocalı faciəsinin 32-ci ildönümü ilə bağlı Azərbaycan xalqına başsağlığı verib.

Metbuat.az xəbər verir ki, bu barədə qurumun “X” hesabında paylaşım edilib:

“26 Fevral 1992-ci ildə Ermənistan silahlı birlikləri tərəfindən Azərbaycanın Xocalı şəhərində məsum mülki şəxslərə qarşı gerçəkləşdirilən qətliamı lənətləyirik. O gün yaşanan vəhşət insanlıq tarixinə qara bir ləkə olaraq keçib”.


metbuat.az.