METBUAT.AZ

Region

Türkiyədə zəlzələ baş verdi

11 Fevral 2024 10:33

Türkiyənin Hakkari vilayətində 4,4 bal gücündə zəlzələ baş verib.

Metbuat.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) bildirib.

Məlumata əsasən, yeraltı təkanların episentri Yüksekova rayonunda olub. Zəlzələnin ocağı 5,74 km dərinlikdə yerləşib.

Zərər çəkənlər və dağıntılar barədə məlumat verilməyib.


metbuat.az.