METBUAT.AZ

Sağlamlıq

ÜST yeni pandemiya ilə bağlı xəbərdarlıq edib

12 Fevral 2024 17:03

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Gebreyesus yeni pandemiya ilə bağlı xəbərdarlıq edib.

Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunun mümkün olduğunu bildirib.

“Amma insanlar buna hazır deyillər. Dünya hələ də növbəti X xəstəliyinə və növbəti pandemiyaya hazır deyil. Əgər sabah növbəti pandemiya olsa, dünya COVID-19 zamanı qarşılaşdığımız eyni problemlərlə üzləşəcək”, - ÜST-ün baş direktoru vurğulayıb.


metbuat.az.