28 Fevral 2024 15:26
“Kəskin respirator viruslarının yaranması əsasən yaz və payız aylarında daha çox müşahidə edilir. Azyaşlılar bu halda öskürək, halsızlıq, baş ağrısı, boğazda qızartı və s kimi simptomlarla yoluxduqlarını biruzə verirlər”.
Metbuat.az-ın məlumatına görə, bu fikirləri Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutun infeksionisti Səbinə Cəfərova deyib.
İnfeksionist bildirib ki, kəskin respirator xəstəliklərin müalicəsi simptomatik aparılır:
“Əgər fəsadlaşma müşahidə edilərsə, bu zaman mütləq həkim müayinəsi olunmalıdır. Ağırlaşmalar zamanı stasionar müalicə aparılması mütləqdir. Həmin uşaqlar həkim nəzarətində olmalıdır”.
Gülbəniz Hüseynli / Metbuat.az