METBUAT.AZ

Maraqlı

"WhatsApp" mesajlarını oxumaq mümkündür? -

1 Fevral 2024 08:24

“Votsap izləmə xidməti, istədiyiniz nömrəni təqdim edin, votsap yazışmalarını oxuyun” kimi reklamlarla son zamanlarda tez-tez rast gəlinir.

Bəs həqiqətən də başqa birinin vatsap mesajlarını oxumaq mümkündürmü?

Metbuat.az xəbər verir ki, mövzu ilə bağlı texnobloger Fərid Pərdəşünas “Xəzər Xəbər”ə danışıb.

Onun sözlərinə görə, normal votsap işlədən insanların yazışmalarını izləmək qeyri-mümkündür. Lakin bəzi hallarda vatsap yazışmaları izlənilə bilər. Bu da kənar mənbələrdən “votsap+”, yaxud da vatsapın alternativ versiyaları yükləndikdə mümkündür. Çünki belə olduğu halda smartfondakı bütün məlumatlar üçün təhlükə yaranır.

Daha ətraflı videoda:


metbuat.az.