METBUAT.AZ

Texnologiya

"WhatsApp Web”in yeni funksiyası açıqlanıb

1 Fevral 2024 16:14

“WhatsApp”ın kilidləmə funksiyası veb tətbiqə gəlir

Metbuat.az-ın məlumatına görə, artıq whatsApp istifadəçilər istədiyi şəxslərlə yazışmalarını "WhatsApp Web” tətbiqində gizlədə bilərlər.

Hələlik həmin funksiya sınaq mərhələsindədir. Odur ki, funksiyanın nə zaman istifadəyə veriləcəyi hələlik məlum deyil.

Qeyd edək ki, messenceri yaratmış şirkətin əsası 2009-cu qoyulmuşdur. Şirkətin mərkəzi ofisi Santa Klara,Kaliforniya ştatında yerləşir.180-dən çox ölkədə 2 milyarddan çox insan istənilən vaxt və hər yerdə dostları və ailəsi ilə əlaqə saxlamaq üçün "WhatsApp"dan istifadə edir. Tətbiq ödənişsizdir və bütün dünyada telefonlarda mövcud olan sadə, təhlükəsiz, etibarlı mesajlaşma və zəngetmə xidmətlərini təklif edir.

Seyranə Quliyeva / Metbuat.az


metbuat.az.