1 Mart 2024 08:25
İtaliyalı insayder Fabrisio Romano Leverkuzenin "Bayer” klubunun baş məşqçisi Xabi Alonsonun bu mövsüm bitdikdən sonra gələcəyi ilə bağlı məlumat paylaşıb.
Metbuat.az xəbər verir ki, jurnalistin fikrincə, karyerasını davam etdirmək üçün ən çox ehtimal olunan variantlardan biri “Bavariya”ya keçiddir.
"Bavariya"nın üstünlüyü ondadır ki, onun artıq işlək strukturu və öz layihəsini Xabi Alonso və digər namizədlərə necə təqdim etmək barədə aydın ideyaları var. Alonso həmçinin “Bayer”dəki tarixi mövsümünə diqqət yetirmək üçün bir az vaxt ayırmaq istəyir. Leverkuzendə bəzi insanlar Alonsonun daha bir il klubda qalma şansının olduğuna ümid edirlər, lakin bəzi mənbələrlə danışdıqdan sonra fikrimcə, çox çətin dir. "Bavariya" və "Liverpul" danışıqlarda çox fəal olacaq”, - jurnalist söyləyib.