METBUAT.AZ

Hadisə

Xaçmazda yol qəzası, ölən var

24 Fevral 2024 11:16

Xaçmaz rayonunda ölümlə nəticələnən ağır yol qəzası baş verib.

Metbuat.az-ın məlumatına görə, Qaraxanov Mehman Qaraxan oğlu idarə etdiyi "MERSEDES BENZ CDİ" markalı avtomobillə Xaçmaz şəhəri, Bakı prospekti ilə Bakı şəhəri istiqamətində hərəkətdə olan zaman həmin yolu piyada keçməkdə olan Həsənov Kamran oğlunu vurub, Kamran Həsənov aldığı bədən xəsarətləri nəticəsində Xaçmaz RMX-da ölüb.

Faktla bağlı araşdırma aparılır.

Seyranə Quliyeva / Metbuat.az


metbuat.az.