3 Fevral 2024 11:44
"Sığortanın tətbiqinə başlanıldığı dövrdən indiyədək TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələri üçün 100 milyon manata yaxın məbləğdə yeni cihaz və avadanlıq alınıb".
Metbuat.az bildirir ki, bunu "Azərbaycan" qəzetinə müsahibəsində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev deyib:
"Bundan başqa, 248 milyon manatdan çox məbləğdə dərman və tibbi sərf, 40 milyon manat dəyərində 349 ədəd yeni təcili tibbi yardım avtomobili xəstəxanalara təhvil verilib".