METBUAT.AZ

Siyasət

XİN: Aİ-nin Ermənistandakı missiyası Azərbaycan əleyhinə təbliğat vasitəsi kimi sui-istifadə olunur

12 Fevral 2024 13:39

Avropa İttifaqının (Aİ) Ermənistandakı Monitorinq Missiyası Azərbaycan əleyhinə təbliğat vasitəsi kimi geniş şəkildə sui-istifadə olunur.

Metbuat.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinə (XİN) çağırılan Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Peter Mixalkoya bildirilib.

"Aİ-nin Ermənistandakı Monitorinq Missiyasının əldə olunmuş ilkin razılıqlara zidd olan fəaliyyəti ciddi narahatlıq doğurur. Sözügedən missiya regional sabitlik, habelə Azərbaycanla Ermənistan arasında etimad quruculuğuna töhfə vermək kimi bəyan edilmiş məqsədlərinə zidd olaraq, Azərbaycan əleyhinə təbliğat vasitəsi kimi geniş şəkildə sui-istifadə olunur", - XİN-dən vurğulanıb.


metbuat.az.