METBUAT.AZ

Qarabağ

Xocalı facisəsini törətmiş ermənilərin bu proses də iştirakı sübut olunub -

26 Fevral 2024 14:39

"Xocalı soyqırımı insaniyyətə sığmayan ən ciddi soyqırımlardan biri olub. Bütün müharibə qanunlarını pozaraq erməni quldurları və onların havadarları Azərbaycan xalqına qarşı məhz qorxutmaq məqsədilə bu addımları atıblar".

Bu sözləri Metbuat.az-a açıqlamasında deputat Arzu Nağıyev deyib.

"Xocalı soyqırımında 600-dən çox həmvətənimiz həlak olub, itkin düşən, girov götürülənlərimiz olub. Son vaxtlar kütləvi məzarlıqların aşkarlanması bir daha göstərir ki, Xocalı soyqırımı baş verib və ermənilər nə qədər bunu gizlətməyə çalışsalarda bu faktdır. Təəssüf doğuran məsələ budur ki, dünya bu işlərə susdu baxmayaraq ki, dünyanın bir sıra dövlətləri Xocalı soyqırımını bir soyqırım kimi tanıdı".

Deputat bildirib ki, son vaxtlar Xocalı facisəsini törətmiş ermənilərin bu proses də iştirakı sübut olunub. Onlarda həm şahid kimi, eyni zamanda cinayətkar kimi ifadə veriblər.

" Eyni zamanda Azərbaycan prokorurluğu, Hərbi prokororluq 365-ci alaya və orda iştirak edən şəxslərin cinayət işlərinin araşdırılması ilə məşğuldur. İnterpolda xeyli axtarışa verilmiş cinayətkarlar var. Xocalı soyqırımı bir qara ləkədir. Ermənilərin həyatında da həmişə qara ləkə olaraq qalacaq. Azərbaycan xalqı heç vaxt bunu unutmayacaq. Bu gün də 32 il keçməsinə baxmayaraq, Azərbaycan xalqı həmin anlara unutmadı, yada saldı və öz vətəndaşlıq borcunu yerinə yetirmək üçün qurulmuş abidəni ziyarət etdilər. Biz bir daha daxili və xarici siyasətimizin dönməz olduğunu dünyaya göstərdik".

Seyranə Quliyeva / Metbuat.az


metbuat.az.