20 Fevral 2024 10:13
Astarada yanacaqdoldurma məntəqəsində yol qəzası baş verib.
Metbuat.az-ın məlumatına görə, hadisə rayonun Ərçivan qəsəbəsi ərazisindəki "Arçun Oil" yanacaqdoldurma məntəqəsində qeydə alınıb. 1980-cı il təvəllüdlü Məmmədov Ramil Səxavət oğlu "DAF" markalı yük avtomobili ilə yanacaqdoldurma məntəqəsindən çıxarkən piyada, 1964-cü il təvəllüdlü Hüseynova Xatun Orucəli qızını vurub.
Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla Bağlı cinayət işi başlanılıb.
Seyranə Quliyeva / Metbuat.az