1 Fevral 2024 01:25
Futbol üzrə Yaponiya millisi Asiya Kubokunda 1/4 finala yüksəlib.
Metbuat.az xəbər verir ki, komanda 1/8 finalda Bəhreynə qalib gəlib - 3:1.
31-ci dəqiqədə yaponiyalı Risti Doan hesabı açıb. 49-cu dəqiqədə Takefusa Kubo fərqi iki topa çatdırıb. 15 dəqiqə sonra qapıçı Cion Suzuki avtoqol müəllifi olub. 72-ci dəqiqədə Ayase Ueda görüşdə son nöqtəni qoyub.
Yığma növbəti raundda İran - Suriya cütünün qalibi ilə görüşəcək. Həmin matç Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.