19 Fevral 2024 10:48
Yaponiya dünyanın ilk taxta peykini orbitə buraxacaq.
Metbuat.az xarci mediaya istinasdən xəbər verir ki, Yapon alimləri ağacdan hazırladıqları peyklə tarixin ən qeyri-adi kosmik gəmilərindən birini hazırlayıblar.
Maqnoliya ağacından hazırlanan kosmik gəminin ekoloji cəhətdən təmiz bir alternativ təmin edəcəyinə ümid edilir. Taxta peyk Yerə qayıdarkən tamamilə yanaraq kül olacaq.
LignoSat adlı peykin maqnoliya ağacından hazırlandığı bildirilib. Beynəlxalq Kosmik Stansiyadan aparılan təcrübələrdə maqnoliya ağaclarının çatlamağa daha davamlı olduğu müəyyən edilib.
Yapon alimləri tərəfindən hazırlanmış taxta peykin hazırlıqları tamamlanarkən, kosmik gəminin bu yay orbitə çıxarılması gözlənilir.
Laboratoriya sınaqlarından sonra ağac nümunələri Beynəlxalq Kosmik Stansiyaya göndərilib və orada təxminən bir il sınaqdan keçirilib. Kosmosda aparılan sınaqlarda taxta nümunələrinin çox kiçik zədələndiyi müəyyən edilib.
Bildirilib ki, peyk 6 ay kosmosda qalacaq. Peykin əvvəllər 2023-cü ildə buraxılması planlaşdırılırdı, lakin işlərin tamamlanmaması səbəbindən buraxılış təxirə salınıb.
Əvvəllər Finlandiyada yerləşən “Arctic Astronautics” startapı da WISA Woodsat adlı taxta peyk hazırlamışdı və onu 2021-ci ildə buraxmağı planlaşdırırdı. Lakin şirkət hələ də “bürokratik maneələr üzündən” peyki orbitə çıxara bilməyib.
Seyranə Quliyeva / Metbuat.az