METBUAT.AZ

Dünya

Yaponiya Qəzza zolağına 32 milyon dollarlıq yardım göndərir

22 Fevral 2024 11:30

Yaponiya hökuməti İsrailin işğal etdiyi Qəzza zolağına əlavə 32 milyon dollarlıq humanitar yardım göndərəcəyini açıqlayıb.

Metbuat.az xarici mediaya xəbər verir ki, Yaponiyanın xarici işlər naziri Kamikava Yoko Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən G20 Xarici İşlər Nazirləri Toplantısında çıxış edib.

Kamikava, İsrailin işğalı və hücumları altında olan Qəzza zolağındakı humanitar vəziyyətdən ciddi narahat olduğunu bildirib.

Yaponiyalı nazir bəyan edib ki, ölkəsi Qəzzada yaşayan mülki şəxslərə 32 milyon dollar dəyərində əlavə humanitar yardım göndərməyi planlaşdırır.

Yaponiya Xarici İşlər Nazirliyinin bəyanatına görə, humanitar yardım beynəlxalq qurumlar vasitəsilə regiona göndəriləcək.

Seyranə Quliyeva / Metbuat.az



metbuat.az.