2 Fevral 2024 11:19
“Qanunvericiliyin tələblərinə uyğun olaraq yalnız xüsusi mülkiyyətdə olan daşınmaz əmlakların qazlaşması aparılır”.
Metbuat.az xəbər verir ki, bu açıqlamanı "Azəriqaz" İB-nin Şikayətlərin araşdırılması şöbəsinin rəisi İbrahim Kərbəlayev edib.
“Qaz paylayıcı şəbəkə olan ərazidə vətəndaşın sifarişi ilə müvafiq sahədə xüsusi icazəsi lisenziyası olan tikinti şirkətləri tərəfindən fərdi yaşayış evlərinin qazlaşması işləri aparıla bilər. İcra olunan işlər müstəqil sahibkarlıq subyekti olantikinti təşkilatları ilə vətəndaşlar arasında bağlanan müqavilə əsasında həyata keçirilir. Bu şlərin dəyəri vətəndaşla tikinti təşkilatı arasında qarşılıqlı razılaşma yolu ilə aparılır. Və həmin təşkilatın bank hesabına köçürülür”.
İbrahim Kərbəlayev qeyd edib ki, fərdi yaşayış evlərinə qaz sayğaclarının quraşdırılması isə "Azəriqaz" İB-i tərəfindən ödəniş olaraq təqdim olunur.