METBUAT.AZ

İdman

Yunan-Roma güləşi üzrə Azərbaycan millisi tarixi uğura imza atıb -

15 Fevral 2024 00:19

Yunan-Roma güləşi üzrə Azərbaycan millisi tarixi uğura imza atıb.

Metbuat.az xəbər verir ki, xəbər verir ki, bu fikirləri Azərbaycan Güləş Federasiyasının prezidenti Mikayıl Cabbarov "X" səhifəsində qeyd edib.

"Yunan-Roma güləşi üzrə Azərbaycan millisindən tarixi uğur! Yığma komandamız Azərbaycan güləşi tarixində ilk dəfə Avropa Çempionatında 3 qızıl medal qazanmağa nail olub. Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa Çempionatında Nihat Məmmədli (60 kq), Murad Məmmədov (63 kq) və Həsrət Cəfərov (67 kq) fəxri kürsünün ən yüksək pilləsində qərarlaşaraq, qızıl medala layiq görülüblər. Rəşad Məmmədov (55 kq), Ülvü Qənizadə (72 kq) gümüş medal, Beka Kandelaki (130 kq) bürünc medal qazanıblar.

Güləşçilərimizi və məşqçilərimizi bu tarixi uğura görə təbrik edir, növbəti yarışlarda uğurlar arzu edirik!

Avropa Çempionatında finala yüksəlmiş Mariya Stadnik (50 kq) və Alyona Kolesnikə (59 kq), eləcə də digər qadın güləşçilərimizə və sərbəst güləş üzrə milli yığma komandamızın üzvlərinə müvəffəqiyyətlər diləyirik", - paylaşımda qeyd olunur.


metbuat.az.