METBUAT.AZ

Hadisə

Zaqatalada 3 uşağı maşın vurdu -

8 Fevral 2024 15:12

Zaqatalada 3 məktəblini maşın vurub.

Metbuat.az xəbər verir ki, hadisə rayonun Göyəm kəndində qeydə alınıb.

Dərsdən çıxıb evə gedən 3 məktəblini maşın vurub.

Hadisə zamanı 2013-cü il təvəllüdlü Ramazan Babək oğlu İsayev və 2013-cü il təvəllüdlü Kamal Elçin oğlu Permadov aldıqları ağır xəsarətlərdən hadisə yerində ölüblər. Onların sinif yoldaşları, 2013-cü il təvəllüdlü İbrahim Əziz oğlu İbrahimzadə isə ağır xəsarətlər alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma başlayıb.


metbuat.az.