METBUAT.AZ

Hadisə

Zaqataladakı qəzada yaralanan məktəbli

9 Fevral 2024 11:18

Ötən gün Zaqatalada baş verən-yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 2013-cü il təvəllüdlü İbrahim İbrahimzadə Bakıya gətirilib.

Metbuat.az xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.

Qeyd edilib ki, məktəbli əvvəlcə bədənin çoxsaylı travması diaqnozu ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Vəziyyəti ağır olan xəstəyə müvafiq tibbi yardım göstərilib. Bu gün saat 05.30 radələrində isə təcili tibbi yardımla Kliniki Tibbi Mərkəzə təxliyə olunub. Vəziyyəti ağır qiymətləndirilir.


metbuat.az.