20 Fevral 2024 12:43
“Əgər valideyn ailədə uşaqların hüququnu pozursa, ona qarşı zorakılıq törədirsə, alçaldıb qeyri-insani davranırsa, müəyyən cəza tədbirləri tətbiq edirsə, artıq həmin uşaq da cəmiyyətə qarşı bu davranışları nümayiş etdirəcəkdir”.
Metbuat.az xəbər verir ki, bu açıqlamanı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova edib.
Hüquqşünas qeyd edib ki, əgər yeniyetmələr onlara qarşı zorakılıq, şəxsiyyətin alçaldılması kimi davranışların şahidi olarsa hüquq mühafizə orqanlarına müraciət etməyi bacarmalıdırlar.
"Yeniyetmələr qərarı özləri vermək yerinə aidiyyatı qurumlara müraciət etməlidirlər. Qanunvericilikdə bununla bağlı cinayət məhsuliyyəti nəzərdə tutulub. Biz cəmiyyətə layiqli vətəndaş böyüdürüksə, bilməliyik ki, istənilən davranışın hüquqi nəticəsi olacaq".
Gülbəniz Hüseynli / Metbuat.az