METBUAT.AZ

Gündəm

3 qonşumuzda eyni gündə zəlzələ baş verdi -

5 Mart 2024 12:14

Ötən gün səhər saatlarında Qazaxıstan və Qırğızıstan sərhədində baş verən və əhalinin ciddi təşvişinə səbəb olan 5,4 bal gücündə zəlzələnin ardınca Türkiyədə də yeraltı təkanlar qeydə alındı. Gün ərzində qardaş ölkədə 5 zəlzələ oldu ki, bunun da ən güclüsü axsam saat 21:39-da (yerli vaxtla) Çanaqqalada (4,9 bal) baş verdi. Bu gün səhər saatlarında isə cənub qonşumuz İran 5,5 bal gücündə zəlzələ ilə silkələnib.

Bir sutka ərzində Azərbaycanın qonşu ölkələrində baş verən zəlzələlər isə narahatlıq yaradıb.

Metbuat.az xəbər verir ki, məsələ ilə bağlı Axar.az-a danışan AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli bildirib ki, hər gün Azərbaycanda da hiss edilməyəcək dərəcədə tərpənişlər, zəlzələlər, tektonik yellənmələr olur.

"Narahat olmağa heç bir əsas yoxdur, bizim üçün xüsusi bir gücdə, dağıntılara səbəb olacaq zəlzələ gözlənilmir. Eyni gündə ölkəmizə yaxın ərazilərdə zəlzələlərin olması da təsadüfdür. "Burada olursa, bizdə də olacaq, dalğa bizə də gəlir" kimi iddialar, düşüncələr əsassızdır", - Q.Yetirmişli bildirib.


metbuat.az.