METBUAT.AZ

Ölkə

31 il sonra Xocalıda dəfn edildilər... -

31 Mart 2024 11:41

31 il sonra qalıqları tapılan yeddi nəfər Xocalı soyqırımı qurbanı dəfn edilib.

Metbuat.az xəbər verir ki, müxtəlif işgəncələrlə öldürülən şəxslərin qalıqları Xocalı şəhərində yeni salınmış Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

Yaxınları şəhidlərlə acılar içində vidalaşıblar. Dəfn mərasimi milli adət-ənənəyə və şəriətə uyğun keçirilib.

Mərasimdə mərhumların yaxınları, dövlət qurumlarının nümayəndələri, ictimaiyyət və media nümayəndələri iştirak ediblər.

Dəfn olunan şəxslərin adları:

1. Əliyev Ağaəli Naib oğlu – Təvəllüdü: 01.06.1933-cü il

2. Əliyeva Sürəyya Behbud qızı – 01.06.1933-cü il

3. Səlimov Xəzər Səyavuş oğlu – 01.09.1974-cü il

4. Səlimova Tamilla Ağamirzə qızı – 01.06.1935

5. Cavadov Əli Müsül oğlu - 15.06.1954-cü il

6. İsmayılov İsmayıl Bəhman oğlu – 01.08.1955-ci il

7. Nəcəfov Şiraslan Qəmiş oğlu – 1952.


metbuat.az.