METBUAT.AZ

Hadisə

35 yaşlı qadın

6 Mart 2024 10:03

Yasamal rayon sakini Cəlilova Nairə Nüqzarı qızı dəm qazından zəhərlənərək ölüb.

Baş Prokurorluqdan Metbuat.az-a verilən məlumatda bildirib ki, Yasamal rayonu 2-ci Alatava küçəsi, ev 6 ünvanında yaşayan 1989-cu il təvəllüdlü Gürcüstan Respublikasının vətəndaşı Cəlilova Nairə Nüqzarı qızı həmin evin həyətində yerləşən hamamda yuyunarkən dəm qazının sızması nəticəsində boğularaq ölüb.

Faktla bağlı Yasamal rayon prokurorluğunda araşdırma aparılır.

Seyranə Quliyeva / Metbuat.az


metbuat.az.