METBUAT.AZ

Hadisə

45 yaşlı qadın liftdə faciəvi şəkildə öldü

27 Mart 2024 17:12

Martın 26-da Binəqədi rayon sakini, 1979-cu il təvəllüdlü Aynurə Mehdiyeva yaşadığı binadakı liftin qapıları arasında qalması nəticəsində aldığı xəsarətlərdən ölüb.

Metbuat.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Xəbərə görə, faktla bağlı Binəqədi rayon prokurorluğunda araşdırma aparılır.


metbuat.az.