METBUAT.AZ

Ölkə

A

28 Mart 2024 12:19

Azərbaycan Dövlət Neft Şirkətinin tabeliyində olan “Azneft” İstehsalat Birliyinin baş direktoru Şahmar Hüseynov vəzifəsindən azad edilib.

Metbuat.az-ın məlumatına görə, həmin vəzifəyə onun yerinə Qurbanov Əli Qurban oğlu gətirilib.

Qurban Qurbanov “Umid Babək Əmliyyat Şirkəti”nin Azərbaycandakı filialının rəhbəridir. O, 1998-ci ildən BP şirkətində fəaliyyət göstərib. 2011-ci ildən isə SOCAR-da çalışıb.

Qeyd edək ki, Şahmar Hüseynov “Azneft” İstehsalat Birliyinin direktoru vəzifəsində 2019-cu ildən çalışırdı.


metbuat.az.