METBUAT.AZ

Elm və Təhsil

Abituriyentlərə şad xəbər -

27 Mart 2024 21:43

Abituriyentləri ən çox narahat edən suallardan biri 2024-cü il qəbul imtahanlarından sonra hansı ixtisas qrupları üzrə balların aşağı düşməsinin gözlənildiyidir. Dövlətin təhsilin inkişafı strategiyasına uyğun olaraq qarşısına qoyduğu məqsəd 2026-cı ilə qədər ali təhsil müəsissələrinə qəbul olan tələbələrin sayının il ərzində 70 minə çatdırılmasıdır. Ötən il Dövlət İmtahan Mərkəzinin statistik məlumatlarına əsasən, müsabiqənin nəticələrinə uyğun olaraq 51 min 941 nəfər tələbə adını qazanıb.

Məlumat üçün qeyd edək ki, Dövlət İmtahan Mərkəzi 2021/2022-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələrini elan etmişdi. Bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb. Qeyd olunub ki, ali təhsil müəssisələrinin müsabiqəsində 66 464 nəfər iştirak edib. Onlardan 44 861 nəfəri (o cümlədən 6 810 subbakalavr) ali təhsil müəssisələrinə qəbul olunub.

Belə ki, ötən il tələbə adını qazananlar, 2021/2022-ci tədris ili üçün tələbə adını qazanlardan təxminən 6 min nəfər çoxdur. Bu isə onu deməyə əsas verir ki, hər il mütamadi olaraq həm dövlət sifarişli və həm də ödənişli ixtisas yerlərinin sayı artırılır.

Bəs 2024-cü ildə hansı ixtisas qruplarında ballar aşağ düşəcək?

Metbuat.az xəbər verir ki, məsələ ilə bağlı danışan təhsil eksperti Kamran Əliyev Referans.az-a bildirib ki, ali təhsil müəssisələrinə qəbul imtahanlarından sonra keçid ballar ilə bağlı məsələyə bir neçə amil öz ciddi təsirini göstərir:

“Bunlardan birincisi imtahanda iştirak edən Abituriyentlərin sayıdır. Təbii ki, say çoxaldıqca istər-istəməz keçid ballarının qalxma ehtimalı həmişə var. Nəzərə alsaq ki, bu il ali təhsil müəssisələrinə qəbul olmaq istəyənlərin sayında artım var, bu da balların qalxma ehtimalını qaçınılmaz edir. Lakin bununla bərabər ikinci bir ciddi məsələ ali təhsil müəssisələrinin bakalavr pilləsində plan yerlərinin sayı ilə bağlıdır. Yaxşı xəbər ondan ibarətdir ki, bu il ali təhsil müəssisələrinə qəbul plan yerlərinin sayı artırılacaq”.

Ekspert qeyd edib ki, ali təhsil müəssisələrinə qəbul plan yerlərinin artması müəyyən qədər dəyişir. Onun sözlərinə görə, müşahidələr göstərir ki, birinci ixtisas qrupunda plan yerlərinin çox olması burada aşağı balla Abituriyentlərin qəbul olmağına şərait yaradır:

“İki il bundan əvvəl ll qrupda Beynəlxalq münasibətlər və Regionşünaslıq lll qrupa keçdi və hətta 157 balla dövlət universitetinə qəbul olmaq mümkün oldu. Yəni ixtisas qrupları üzrə plan yerlərinin dəyişməsi keçid balına öz təsirini göstərə bilir. Dövlət strategiyasına görə, bu il 60 mindən çox plan yeri olacaq, həmçinin Qarabağ və Türkiyə-Azərbaycan universitetinin açılması əlavə plan yeri deməkdir.

Bundan əlavə ADA universitetində bir neçə ixtisasın olması birmənalı şəkildə buna təsir edir. Eyni zamanda Abituriyentlərin topladığı ballar bilavasitə keçid ballarına çox ciddi təsir edir. Əgər Abituriyentlərin nəticələri yaxşı olsa, buna da sualların asan və ya çətin olması daxildir. Məsələn 2008-2009-cu illərdə suallar asan idi, birdən-birə əvvəlki illərdə tutaq ki, 250 balla qəbul olduğunuz ixtisasa artıq 450 balla qəbul ola bilmirdiniz. Yəni Abituriyentlərin topladığı ballar əslində hər şeyi formalaşdıra bilir”,- deyə Kamran Əsədov əlavə edib.


metbuat.az.