10 Mart 2024 11:31
8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə "GP Koirala Foundation of Democracy Peace and Development"in təşkilatçılığı ilə qala konserti təşkil edilib.
Metbuat.az xəbər verir ki, 8 ölkədən olan sənətçinin iştirakı ilə keçirilən konsertdə iştirakçilar təmsil etdikləri ölkənin milli musiqi və rəqs havalarını təqdim ediblər.
Qala konsertində Şəbnəm Hüseyn kamançada Üzeyir Hacıbəyovun "Arazbarı" ərərini ve Cavanşir Quliyevin "Yarım gilə" mahnısını ifa edib. Mehriban Nəsib isə "Uzundərə" xalq rəqsi ile Azərbaycanı təmsil edib.
Tədbirin məqsədi ABŞ-də yaşayan müxtəlif ölkələrin mədəniyyətlərinin tanıdılması və təbliğ olunması idi. Tədbir təşkilatçıları və fondun sədri Somnat Ghimire qadınların iqtisadi, ictimai və siyasi bərabərlik uğrunda mübarizədəki böyük rolundan danışıb.
Qadın, milli dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrilmişdir. Ölkələrin sosial-iqtisadi və mədəni potensialının artırılması yolunda xidmətlərindən danışılıb.
8 Martı sülh uğrunda mübarizədə həmrəylik günü kimi qeyd etdilər. Sonda qadınlar sertifikatlarla təltif olunublar.