METBUAT.AZ

Ölkə

Ağır qəzaya düşənlər tanınmış şəxsin yaxınları imiş -

19 Mart 2024 22:24

Bu gün ağır qəzaya düşənlər tanınmış aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlunun yaxın qohumları imiş.

Metbuat.az xəbər verir ki, bu barədə Cəlalə Nəzəroğlu "Facebook" səhifəsində paylaşım edib.

"Konserv qutusuna çevrilmiş bu maşında mənim qardaşlarım, anam, gəlinlərimiz vardı. Bu gün bayramı qeyd etmək üçün bizə qonaq gəlirdilər. Şükür, heç bir xəsarət almadan avtomobildən çıxarıldılar. Allahın möcüzəsi böyükdür", deyə o, qeyd edib.


metbuat.az.