6 Mart 2024 23:28
“Toplum TV”nin ofisində polisin keçirdiyi əməliyyat-axtarış tədbirlərində saxlanılan Akif Qurbanova cinayət işi açılıb.
Metbuat.az xəbər verir ki, bu barədə vəkil Şəhla Hümbətova bildirib.Vəkilin sözlərinə görə, Akif Qurbanov Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham edilir.
O, 48 saat ərzində barəsində həbs qətimkan tədbiri seçilməsi tələbi ilə məhkəməyə çıxarılacaq.