METBUAT.AZ

İqtisadiyyat

Aktiv vergi ödəyicilərinin sayı açıqlandı

7 Mart 2024 18:39

Bu il martın 1-nə Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 0,6 % çox - 766,3 min olub.

Metbuat.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb.

Məlumata görə, yanvar-fevral aylarında aktiv ƏDV ödəyicilərinin sayı isə 3,1 % artaraq 47,1 min təşkil edib.

2 ay ərzində aktiv obyektlərin (təsərrüfat subyektlərinin) sayı isə 0,7 % artaraq 206 minə çatıb.


metbuat.az.