28 Mart 2024 15:41
Azərbaycan Mərkəzi Bankı (AMB) “Azərbaycan Sənaye Bankı” ASC-yə daxili prosedurlarının təkmilləşdirilməsi ilə bağlı icrası məcburi sərəncam verib.
Metbuat.az bu barədə AMB-yə istinadən xəbər verir.
Məlumata görə, bu addım məcmu halda likvidliyin örtülmə əmsalının düzgün hesablanmaması nəticəsində fevralın sonuna AMB-yə təqdim edilmiş hesabatda qurumun "Banklarda likvidlik riskinin idarə edilməsi Qaydası”nın 7.2-ci bəndi ilə müəyyən edilmiş həddən yuxarı saxlanması tələbi təmin edilmədiyinə görə “Banklar haqqında” qanunun 47-ci maddəsinin tələbləri rəhbər tutularaq atılıb. Sözügedən pozuntu Bankın maliyyə dayanıqlığı üçün təhdid yaratmır.