METBUAT.AZ

Siyasət

Artıq sülhməramlıların regionda qalmasına ehtiyac yoxdur

7 Mart 2024 10:45

"2020-ci il noyabr ayının 10-da imzalanmış müqavilənin şərtləri əsasən yerinə yetirilib. Tələbləri yerinə yetirməyən Ermənistan tərəfdir.Amma Rusiya hələlik öz öhdəliklərinə əməl edir. O cümlədən sülhməramlıların regiondan çıxarılması ilə bağlı öhdəliyinədə inanırıq ki, əməl edəcək. Vaxta az qalıb , təxminən 1 ildən sonra bu proses başlamalıdır. Təbii ki, Ruslar çalışırlarki nəyin bahasına olursa olsun regionda qalsınlar. Hərbi kontegentlıəri burada qalsın. Bunun üçün artıq Azərbaycan tərəfinə rəsmi və qeyri-rəsmi müraciətdə ediblər".

Bu sözləri Metbuat.az-a açıqlamasında siyasətçi Akif Nağı deyib.

O bildirib ki, Rusiyanın Ermənistandan hərbi bazasının çıxarılmasına dair Ermənistan artıq sərt mövqe qoyub.

"Təbii ki, Ermənistan öz gücünə Rusiya hərbi bazasını ordan çıxara bilməz. Burada Qərbin təyziqi var. Qərb qüvvələrini cəmləşdirərək, Amerika başda olmaqla Avropanın aparıcı dövlətləri çalışırlar ki, Rusiyanı Ermənistandan çıxarsınlar. Belə bir şəraitdə təbii ki Rusiya asanlıqla Ermənistandan çıxmağa razılaşmayacaq. Eyni zamanda Rusiya Ermənistandan çıxarsa nəyin bahasına olursa olsun Azərbaycanda qalmağa çalışacaq".

Akif Nağı qeyd edib ki, Azərbaycan ehtiyatlı və mövcud vəziyyəti düzgün qiymətləndirərək addım atır.

"Azərbaycanın mövqeyi ortadadır ki, Rusiya sülhməramlıları çıxmalıdır. Artıq sülhməramlıların regionda qalmasına ehtiyac yoxdur. Rus hərbiçiləri əlavə gərginlik mənbəyi kimi qalır. Ona görə də çıxmalıdır. Azərbaycan öz mövqeyinə çatmaq üçün mütləq addımlarını atacaq.

Artıq bu ildən proses başlayacaq . Regionda artıq mövqelərdə dəyişə bilər. Qərbin Ermənistanda mövcudluğu xeyli arta bilər. Türkiyə regionda möhkəmlənmək üçün müəyyən addımlar atır. Azərbaycan və Türkiyənin regionda situasiyanı öz xeyrinə dəyişmək üçün bir yerdə planları var . Rusiyada Azərbaycan və Türkiyənin mövqeyi ilə hesablaşacaq. Ola bilər ki, vaxtındanda biraz əvvvəl Rusiya Azərbaycan torpaqlarını tərk edəcək. Bu həm Azərbaycanın maraqları ilə bağlıdır, həm də sülhməramlıların regionda qalması mümkün deyil. Buna ehtiyacda yoxdur. Çünki, Azərbaycan özü sərhərlərini qoruya bilər. Rusiya sülhməramlılarının dırnaqarası Azərbaycanın sərhədlərini qorumasına heç bir ehtiyacımız yoxdur". Digər tərəfdən də Rusiya özü də başa düşür ki, təkid edərsə, vəziyyəti daha da pis olar. Azərbaycan və Türkiyə münasibətləri birazda gərginləşər. Bu amilləri nəzərə alaraq onlarda düzgün qərar qəbul edib, Azərbaycanın istəyi və mövqeyi ilə hesablaşacaqlar"

Seyranə Quliyeva / Metbuat.az


metbuat.az.