METBUAT.AZ

Hadisə

Arvadını öldürdü, sonra canına qəsd etdi -

2 Mart 2024 12:00

Qobustanda kişi arvadını öldürüb, sonra özünə xəsarət yetirib.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan Metbuat.az-a bildirilib ki, martın 2-də saat 11:30 radələrində Qobustan rayonunda Sadıqova Günel Tahir qızının kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

Cinayət əməlini törətməkdə şübhəli bilinən G. Sadıqovanın həyat yoldaşı Cabbarov Mürsəl Əlislam oğlu hadisədən sonra özünə xəsarət yetirib. O xəstəxanaya yerləşdirilib.

Araşdırma aparılır.


metbuat.az.