14 Mart 2024 12:52
Ağcabədi rayonunda qohumlar arasında miras davası meydana gəlib.
Metbuat.az xəbər verir ki, rayon sakini Çingiz İbrahimovun ölümündən sonra oğlu Emin İbrahimov əmisi Füzuli İbrahimov ilə mübahisə yaşayır.
Belə ki, atasının ölümündən sonra qonşu kənddə yaşayan Emin atasının vəfat etdiyi evə gəlib. Evə çatanda məlum olub ki, əmisi Füzuli İbrahimov yas mərasimini mərhumun evində yox, öz evində vermək qərarına gəlib. Elə bundan sonra qohumlar arasında miras, mal-mülk davası başlayıb:
"Üç və yeddi mərasimindən sonra əmim atamdan qalan köhnə maşını və müəyyən sənədləri götürdü. Ondan soruşanda dedi ki, mənim yasa görə 1700 AZN borcum yaranıb. Biz ona dəfələrlə təklif etdik ki, yas mərasimini biz keçirək, sən də bir ağsaqqal kimi gəl, göstəriş ver".
Emin İbrahimovun dediklərinə görə, əmisi indi də şərt irəli sürür, o bildirir ki, yasa görə yığılan 1700 manat pulu ona qaytaracağı halda, atasından qalan mirası qaytaracaq.
Ətraflı REAL Tv-nin sujetində: