26 Mart 2024 13:17
"Avropa birliyinin Cənubi Qafqaz üzrə təmsilçisi əslində boşboğazlıqla məşğuldur. Yerli siyasi situasiyanı anlamadan belə bir addımı atır. Bu ərazilər hansısa anklav xarakteri daşımır. Birbaşa Azərbaycan sərhədlərinə bağlı ərazilərdir".
Bu sözləri Metbuat.az açıqlamasında deputat Fazil Mustafa deyib.
O bildirib ki, ərazilər dərhal qaytarılmalıdır.
"Burda da başqa bir yeni fikir icad eləməyə ehtiyac yoxdur. Bu ermənipərəst mövqeyi davam etdirmək istəyirsə başqa bir məsələdir. Bütövlükdə bunun Avropa ittifaqının siyasəti kimi sırımağa çalışırsa onda həm də Avropa ittifaqının özünü pis vəziyyətdə qoyur. Çünki, tərəflər əgər razılaşırsa, sülh yolu ilə işğal olunmuş torpaqların qaytarılması məsələsində hansısa bir problem qaldırılmırsa, buna Avropa ittifaqının maneçilik törətməsi əslində sülhü əngəlləmək təşəbbüsləridir. Azərbaycan bu cür təşəbbüslərlə çıxış edən bütün qüvvələrə qarşı çıxmağa gücü çatan dövlətdir".
Seyranə Quliyeva / Mətbuat.az