13 Mart 2024 23:45
Avropa Parlamenti Ermənistanın Aİ üzvlüyünə namizədlik imkanlarını nəzərdən keçirən qətnamə qəbul edib.
Metbuat.az xəbər verir ki, qətnamənin lehinə 504, əleyhinə 4 səs verib. 32 nəfər bitərəf qalıb. “Əgər Ermənistan namizəd statusu almaqda maraqlı olsa və demokratiyanı gücləndirən islahatlar yolu ilə getməyə davam edərsə, bu, Aİ-Ermənistan münasibətlərində transformasiya mərhələsi üçün əsas ola bilər”, - qətnamə layihəsində deyilir.