15 Mart 2024 10:49
Ölkə əhalisinin sayı ilin əvvəlindən 2891 nəfər və ya 0,03 faiz artaraq 2024-cü il fevral ayının 1-i vəziyyətinə 10183661 nəfər təşkil edib.
Metbuat.az xəbər verir ki bu barədə Dövlət Statistika Komitəsindən bildirilib. Məlumata görə, əhalinin ümumi sayının 54,5 faizini şəhər, 45,5 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir.